Sumqayıtlı müharibə veteranları onlara göstərilən dövlət qayğısından razılıq edirlər VİDEO

1857

Faşizm üzərində Qələbənin 72-ci ildönümü Sumqayıtda da qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoyublar. Müharibədə həlak olan həmyerlilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdə müharibənin bəşəriyyətə gətirdiyi faciədən, Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıqlardan, Qələbənin qazanılmasında Bakı neftinin müstəsna rolundan bəhs edilib. Sumqayıtlılar torpaqlarımızın işğaldan azad ediləcək günün də tezliklə qeyd olunacağına inandıqlarını bildiriblər.

Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov veteranlarla görüşüb. Veteranlar onlara göstərilən dövlət qayğısından razılıq ediblər.

Qələbə günü münasibətilə keçirilən paradda milli ordunun “N” saylı hərbi hissəsinin əsgərləri, nəfəsli alətlərin orkestri, Sumqayıtdakı məktəbliləri təmsil edən “Şahin” komandaları, hərbi geyimli məktəblilər iştirak ediblər.

Parad iştirakçıları abidənin önündən keçəndən sonra şəhərin küçələri boyunca hərəkət ediblər. Hərbi marşın sədaları altında nizami addımlarla irəliləyən paradı minlərlə şəhər sakini izləyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər