Sumqayıtlı Qarabağ qazisi Makedoniyalı nazirlə görüşüb

620

Bu günlərdə Avrasiya İqtisadi Əlaqələr Assosiasiyası (EkoAvrasiya) və Qara Dəniz Hövzəsi Sənayeçiləri və Sahibkarları Assosiasiyası (TÜKSİAD), Avrasiyalı iş adamlarını 12-15 dekabr 2013-cü il tarixləri arasında Türkiyənin sənaye şəhəri olan Qəbzədə Avrasiya iş adamları forumu öz işini uğurla başa vurub

BayMedia xəbər verir ki, foruma “Avrasiya Biznes Forumu”na Azərbaycan, Əfqanıstan, Albaniya, Belarus, Bosniya-Herseqovina, Bolqarıstan, Gürcüstan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, KKTC, Kosovo, Makedoniya, Monqolustan, Moldova, Özbəkistan, Polşa, Rumıniya, Rusiya Federasiyası (Başqırdıstan, Dağıstan, Tatarıstan), Tacikistan, Türkmənistan, Ukrayna, Yunanıstan və Türkiyədən iş adamları, Qaqauziya Muxtar Respublikasının prezidenti Mixail Formuzal, Makedoniya Dövlət naziri Hadi Nezir, Kosovo Dövlət İdarəetməsi naziri Mahir Yağcılar, KKTC Baş nazirinin müavini Serdar Denktaş, Kosovo Sənaye və Ticarət nazirinin müavini Cüneyt Ustaibo, senatorlar, millət vəkilləri, səfirlər, Ticarət Palatası rəhbərləri və sektor nümayəndələri iştirak ediblər. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər Təşkilatının başçısı, Milli QHT Forumunun koordinatoru Mübariz Quliyev Qarabağ qazisi iştirak edib. Qara Dəniz Hövzəsi Sənayeçiləri və Sahibkarları Assosiasiyası (TÜKSİAD) təşəkkür mükafatına və Makedonya Devlet Bakanı Hadi Nezir ilə görüşüb. Onu da bildirək ki, Mübariz Quliyev Azərbaycan və Türkiyə arasıəndakı münasibətlərin inkişafında xidmətlərinə görə TÜKSİAD tərəfindən mükafata layiq görülüb.

Elnur Eltürk

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər