Sumqayıtlı tanınmış həkim vəfat edib

266

Azərbaycanın tanınmış həkim kardioloqu vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, İlham Cəfərov 77 yaşında dünyasını dəyişib.

Həkim 1948-ci ildə Qazax rayonunun Quşçu-Ayrım kəndində anadan olub.

1969-1974-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində təhsil alıb, 1975-1977-ci illərdə hərbi həkim kimi fəaliyyət göstərib. Uzun müddət Sumqayıt şəhər 1 nömrəli xəstəxanada həkim-kardioloq kimi işləyib. Daha sonra 2 nömrəli Sumqayıt şəhər xəstəxanasında baş həkimin müalicə işləri üzrə müavini vəzifəsinə təyin olunub.

1998-2018-ci illərdə kardiorevmatoloji şöbənin müdiri olub. Fəaliyyəti dövründə bir sıra təltiflərə layiq görülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər