Sumqayıtlı uşaqlar şəhərin tarixi ilə yaxından tanış oldular

374

Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın illik tədbirlər planına uyğun olaraq uşaqlar üçün maarifləndirici ekskursiya təşkil edilib. Tədbir çərçivəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə bir qrup məktəbli Sumqayıtın Tarixi Muzeyini ziyarət edib.

Ekskursiya zamanı uşaqlara şəhərin yaranma tarixi, sənaye və mədəni inkişaf mərhələləri barədə ətraflı məlumat verilib. Muzeyin bələdçiləri tərəfindən təqdim olunan eksponatlar vasitəsilə uşaqlar Sumqayıtın keçmişinə səyahət ediblər. Şagirdlər muzeyin müxtəlif bölmələrini maraqla izləyib, suallar verərək aktiv iştirak ediblər.

Tədbirin məqsədi uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi, onların yerli tarix və mədəni irslə tanışlığının artırılması olub. Uşaqlar ekskursiyadan xoş təəssüratlarla ayrılıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər