Sumqayıtlılar fövqəladə hallar zamanı davranış qaydaları ilə tanış olublar

512

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi ilə yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar arasında qarşılıqlı fəaliyyət planına əsasən mərkəzin dislokasiya ərazisində yerləşən səhiyyə və təhsil müəssisələrində fəaliyyət göstərən psixoloqlarla “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə kursu keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, kursda Sumqayıt təhsil müəssisələri üzrə 27 və səhiyyə müəssisələri üzrə 3 psixoloq dinləyici qismində iştirak ediblər.

Kursu giriş sözü ilə açan FHN-in Sumqayıt Regional Mərkəzin rəisi polkovnik Vaqif Fətullayev keçirilən tədbirin məqsədi və qarşıdakı planlar barədə ətraflı məlumat verib.

Sonra kursda FHN-in Aparatı və qurumlarından dəvət olunan ixtisaslaşmış psixoloqlar tərəfindən “Fövqəladə hadisələr zamanı ilkin psixoloji yardımın göstərilməsi. Kəskin stress reaksiyaları”, “Fövqəladə hallar zamanı kütlə davranışının psixoloji xüsusiyyətləri və neqativ kütlə reaksiyaları”, “İntihar və intihara cəhd hadisələrinin qarşısının alınması” və “Psixoloji reabilitasiya və özünü idarəetmə qaydaları. Təşviş pozuntuları zamanı psixoloji yardımın xüsusiyyətləri” mövzularında çıxışlar edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər