Yeni Azərbaycan Partiyası tərəfindən 43 saylı Sumqayıt ikinci dairəsindən deputatlığa namizədliyi irəli sürülən Tahir Mirkişili sosial şəbəkə hesabında paylaşım edib. sumqayitxeber.com paylaşımı təqdim edir:
“Hörmətli Sumqayıtlılar!
“Hörmətli Sumqayıtlılar!
YAP İdarə Heyətinin qərarı ilə 01 sentyabr 2024-cü il tarixdə Milli Məclisə keçiriləcək seçkilərdə Sumqayıt şəhər 43 saylı dairədən (9-cu, 10-cu, 13-cü mikrorayonlar, Novruz qəsəbəsi) namizədliyim irəli sürülüb.
İlk növbədə, mənə göstərilən bu yüksək etimada görə YAP sədri, Prezident cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirir, namizədliyimi dəstəklədiyinə görə isə YAP İdarə Heyətinə təşəkkürümü bildirirəm!
Biz YAP olaraq indiyə qədər iştirak etdiyimiz bütün seçkilərdə qalib gəlmişik. Amma bu dəfə ilk dəfə olaraq Qalib Azərbaycanın Milli Məclisinə seçkilərdə qalib olmaq üçün yarışacağıq. Əminəm ki, bu dəfə də seçicilərin etimadını qazanaraq seçkilərdə qalib gələcəyik.
Sumqayıt şəhəri ölkəmizin mühüm və inkişaf etmiş şəhərlərindən biridir. Sumqayıtlıların etimadını qazanaraq onları Milli Məclisdə təmsil etmək mənim üçün hər zaman qürurlu olub! Bu yolda keçən illərdə bacardığımızı etməyə çalışmışıq.
YAP sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm və tarixi qələbələr qazanmışdır. Azərbaycan yeni dövrə qədəm qoyub. Yeni dövrdə Milli Məclis qarşısında yeni mühüm vəzifələr vardır. Əminəm ki, yeni formalaşacaq VII çağırış bu vəzifələrin öhdəsindən layiqincə gələcəkdir”.
Müzakirə qapadılmışdır.