Suyun fasilələrlə verilməsinə aydınlıq gətirildi -RƏSMİ

621

“Azərsu” ASC Su komitəsinin tapşırığına uyğun olaraq fevral ayının ikinci ongünlüyünün sonundan başlayaraq Abşeron yarımadasında qənaət rejiminə keçib.

APA-Economics” xəbər verir ki, bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib. Onun sözlərinə görə, bu qənaət rejimi mənbələrdən götürülən suyun azaldılması ilə bağlı əhalinin dayanıqlı su təchizatının aparılması məqsədilə atılıb.

 

“Xəzər, Pirallahı, Xətai, Suraxanı, Sabunçu, Binəqədi, Bağlar massivi, Abşeron, Sumqayıt, Qaradağ rayonunun kənd və qəsəbələrində fasiləsiz su olan bəzi ərazilərdə gecə saatlarında, bəzi ərazilərdə isə günün müxtəlif saatlarında suyun verilməsində fasilə yaranır. Bu da anbarlarda ehtiyatların toplanması ilə bağlıdır. Elə ərazilər var idi ki, biz oranı 14 saat su ilə təmin edirdik, amma indi 8-10 saat təmin edə bilirik. Ən çox da tənzimləmə qrafiki Bakıətrafı ərazilərdə, daha çox həyət evlərində vətəndaşlar tərəfindən fərdi qaydada çəkilmiş primitiv şəbəkələrin üstünlük təşkil etdiyi ərazilərdə tətbiq olunur”, – deyə Anar Cəbrayıllı vurğulayıb.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Bakının bir neçə ərazisində suyun verilişində yaranan problemlərlə bağlı narazılıqlar olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər