Sumqayıt şəhər 23 nömrəli məktəbin 9-cu sinif şagirdi Muhammedali Əhmədov Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında uğurla iştirak edərək bürünc medal qazanıb.
43 saylı Sumqayıt 3-cü seçki dairəsindən deputatlığa namizəd Tahir Mirkişili rəsmi Muhammedali Əhmədovu təbrik edib.
Tahir Mirkişili informatika fənninin müasir və gələcək texnologiyaların açarı olduğunu vurğulayıb və bu sahədə əldə olunan nailiyyətlərin böyük əhəmiyyət daşıdığını qeyd edib.Sumqayıtdan olan məktəbli Muhammedalinin bu uğura imza atmasının qürurverici olduğunu bildirib.
“Uğur qazanan gənclərimizi, o cümlədən Sumqayıt məktəblisi Muhammedalini və məktəblilərimizin müəllimlərini, Elm və Təhsil Nazirliyini təbrik edir, onlara daha böyük uğurlar arzu edirəm!” – deyə T.Mirkişili əlavə edib. Mirkişili informatika fənninin gələcəyin fənni olduğunu və bu sahədə yetişən gənclərin ölkəmizin texnoloji inkişafına böyük töhfələr verəcəyinə inandığını qeyd edib.
Müzakirə qapadılmışdır.