Sumqayıtda yaşayış binasında baş verən partlayışla bağlı işlər davam edir.
Bu gün Sumqayıt şəhərinin 13-cü mikrorayonunda yerləşən beşmərtəbəli yaşayış binasında baş verən partlayışdan sonra ərazidə müvafiq dövlət orqanları və bina sakinləri ilə görüş keçirilib. Görüş zamanı hadisənin nəticələrinin aradan qaldırılması və sakinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər müzakirə edilib. Hadisə yerində olan dövlət qurumları nümayəndələri sakinlərin təhlükəsizliyini təmin etmək və onlara lazımi dəstəyi göstərmək məqsədilə tədbirlər görür.
Milli Məclisin deputatı Tahir Mirkişili də əraziyə baş çəkərək hadisədən zərər çəkən sakinlərlə görüşüb, onların problemlərini dinləyib və lazımi dəstəyin göstəriləcəyini vurğulayıb. Deputat qeyd edib ki, sakinlərə dövlət tərəfindən dəstək davam edəcək.
Müzakirə qapadılmışdır.