Tahir Mirkişili Pilotsuz Uçan Aparatlardan yazdı – ŞƏRH

1058

Milli Məclisdə “Xüsusi icazə əsasında dövriyyəsinə yol verilən əşyaların siyahısına” Pilotsuz Uçan Aparatların əlavə olunması ilə bağlı qanun layihəsi qəbul olundu. Qanun layihəsi kifayət qədər vacib və günü tələbinə uyğundur.

Pilotsuz Uçan Aparatlardan (PUA) istifadə müasir dünyanın çox vacib və daim artan müasir elementlərindən biridir. PUA artıq bütün sahələrədə, hərbi, kənd təsərrüfatı, xilasetmə, aerofoto çəkiliş sahələrində getdikcə geniş istifadə olunmaqdadır. Bu aparatlar getdikcə daha ucüz və əl çatılan olur.
Belə geniş istifadə təbii olaraq bu aparatlardan istifadənin tənzimlənməsini tələb edir. Çünki sui istifadə hallarında bu aparatlardan kifayət qədər ciddi təhlükələr də törətmək mümkündür. Məsələn, PUA –nın yük qaldırma qabiliyyətinin artması onlara hər hansl partlayıcı maddələri daşımaq, dəqiq foto çəilişlər etmək imkanı verir.

Bundan əlavə artıq bir çox ölkələrdə aeroport zonalarında PUA lar mülki aviasiya üçün təhlükələr yaratmağa başlayıblar.
İcazə sistemi hər hansı insident baş verdikdə aparatın sahibini tapmağa kömək edəcəkdir.

Bir çox ölkələrdə bunun üçün müxtəlif qaydalar mövcuddur.
Məsələn, ABŞ da çəkisi 250qr dan 25kq a qədər olan PUA lar qeydiyyatdan keçməlidirlər, onların xarici pilotları 13 yaşdan yuxarı olmalıdırlar, idarəetmə kursları keçməlidirlər.
Böyük Britaniyada PUA insanlara, binalara, avtomobilərə 150 m dən artıq yaxınlaşa bilməz və s.

2005-ci ildə qəbul olunmuş “Aviasiya haqqında Azərbaycan Respublikasının qanunu” və 2013-cü ildə Nazirlər Kabinetinin qəbul etdiyi “Azərbaycan Respublikasının hava məkanından istifadə qaydaları”nda PUA ilə bağlı ümümu müddəalar olsa da hesab edirəm ki, bu dəyişiklə paralel olaraq adıçəkilən qanun və qaydalara da müəyyən əlavələr etmək lazım olacaq. Təklif etdik ki:

1. PUA-  nın dəqiq anlayışını müəyyən edilsin (çəkisinə, yükqaldırma və uçuş məsafəsinə görə). Uşaq oyuncağı hesab edilən PUA-lar tənzimləmə obyekti olmasın
2. “Xarici pilot” anlyışını qanuna qətirmək və ona olan tələbləri (yaş məhduduyyəti, ixtisas tələbləri) müəyyən etmək. Çünki, cəza tədbirlənin kimə tətbiq olunacağı daha aydın olmalıdır. Əslində hər bir PUA-nın bir “xarici pilotu” vardır.
3. PUA-dan qanunsuz istifadə tək şəxsi həyata deyil, digər mühüm sahələrə (şəxsi mülkiyyətə, vətəndaşların təhlükəsizliyinə və s) də təhlükə törədə bilir. Buna görə bu sahənin tənzimlənməsinə daha geniş diqqət verməyə ehtiyac vardır.

Hesab edirəm ki, yaxın vaxtlarda Pilotsuz Uçan Aparatlardan istifdənin tənzimlənməsi ilə bağlı bir çox əlafvə tədbirlər görüləcəkdir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər