İşğaldan azad olunan ərazilərin bərpası üçün ayrıca Fondun yaradılmasına ehtiyac var.
Bunu Milli Məclisin İqtisadi siaysət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 2021-ci ildə büdcəsinin ikinci oxunuşu barədə çıxış edərkən deyib.
Büdcə layihəsi barədə məlumat verən komitəs dəri bildiirb ki, büdcə layihəsinin birinci oxunuşu zamanı 36 deputat çıxış edərək öz fikir və təkliflərini verib: “Ümumilikdə çıxışları iki qrupa bölmək olar. Birincisi, büdcə layihəsinin mahiyyətinə uyğun, ikincisi isə ölkədə həyata keçirilən iqtisadi proseslərlə bağlıdır. Ümumilikdə əsas diqqət işğaldan azad olunan ərazilərin bərpası üçün nəzərdə tutulan 2,2 milyard vəsait hamı tərəfindən müsbət qarşılanıb. Amma bununla belə daxilidəki və xaricdəki sahibkarlaırn da öz vəsaitləri ilə bu quruculu prosesdə iştirakı ilə bağlı təkliflər var”- millət vəkili bildirib.
Komitə sədri təklif edib ki, işğaldan azad olunan ərazilərdə bərpa işlərinin daha effektli aparılması məqsədi ilə xüsusi bir Fondun yaraılması daha məqsədəuyğun olardı: “Daxili, xarici investisiyaların və bəröa işlərinə ayrılan vəsaitlər həmin Fonda köçürülsə yaxşı olar. Bu bərpa prosesinin daha effektli quruculuq işlərini həyata keçirmək olar. Digər tərəfdən fondun əsas maliyyə vəsaiti büdcə hesablaırna formalaşacaq. Bu eyni zamanda işğaldan azad olunan ərazilərdə quruculuq işlərinin vahid bir mərkəzdən idarə olunması daha məqsəduyğun olardı”.