Bu gün Milli Məclisin deputatı Tahir Mirkişili Sumqayıt şəhərində növbəti vətəndaş qəbulunu keçirib. Görüşdə Sumqayıt sakinləri deputata onları narahat edən məsələlərlə bağlı təkliflərini və müraciətlərini ediblər.
Tahir Mirkişili hər bir vətəndaşın müraciətini fərdi qaydada dinləyərək, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.
Görüşdə bəzi müraciətlərin operativ həlli üçün müvafiq qurumlarlaəlaqə saxlanılıb və mümkün həll yolları müzakirə olunub. Deputat bir çox məsələlərin qanunvericilik çərçivəsində həll olunacağını, bəzi problemlərin isə dövlət proqramları və şəhərin inkişaf layihələri çərçivəsində nəzərə alınacağını qeyd edib.



Müzakirə qapadılmışdır.