2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərə hazırlıq çərçivəsindətəbliğat-təşviqat mərhələsi davam edir. 43 saylı Sumqayıt 2-ci seçki dairəsindən namizəd olan Tahir Mirkişili seçicilərlə görüşlərini davam etdirir.
Tahir Mirkişili şəhidlərimiz – Abbaslı Elgün, Mehrab Niftəliyev, Şulan Bayramov, İzzət Həmidov, Elnur Səmədov və Nurid Abdullayevin ailələrini ziyarət edib. T.Mirkişili şəhid ailələri ilə görüş zamanı onların Vətən qarşısında göstərdikləri böyük fədakarlığı bir daha vurğulayaraq, dövlətin hər zaman onların yanında olduğunu qeyd edib.
Müzakirə qapadılmışdır.