Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar olaraq 43 saylı Sumqayıt 2-ci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Tahir Mirkişili Sumqayıt şəhərində gənclərlə görüş keçirib.
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 43 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Mirkişili Sumqayıt gəncləri ilə görüşüb.
İlk dəfə səs verəcək gənc seçicilərlə keçirilən görüşdə gənclərlə maraqlı müzakirələr aparılıb, ölkənin gələcəyi üçün onların rolu vurğulanıb. Gənclərin ölkənin inkişafında aktiv iştirak etməsinin vacibliyi qeyd edilib və onların yeni təşəbbüslərə, innovasiyalara açıq olması məsələsinə toxunulub. Gənclərin sualları cavablandırılıb.
Bu dairədə keçiriləcək seçkilərdə gənclərin fəal iştirakı gözlənilir. Tahir Mirkişili gənclərin dəstəyinin onun üçün böyük önəm kəsb etdiyini bildirib.
Qeyd edək ki, 43 saylı Sumqayıt 2-ci seçki dairəsinin əhatə etdiyi ərazilərə 9, 10, 13-cü mikrorayonlar, Novruz yaşayış massivi və 44-cü məhəllə daxildir.
Müzakirə qapadılmışdır.