Tahir Mirkişili: “Sumqayıtda açıq meydançaların tikintisi gənclərin sağlam həyat tərzinə yönəlmiş addımların davamı olacaq”

871

Millət vəkili Tahir Mirkişili Prezident İlham Əliyevin “Sağlam məhəllə” layihəsinin həyata keçirilməsi üçün imzaladığı sərəncamla bağlı açıqlama verib.
Millət vəkili Tahir Mirkişili bildirib ki, Sumqayıt şəhərində son illər əhalinin asudə vaxtının səmərəli keçirilməsi istiqamətində xeyli layihələr reallaşdırılıb, idman və mədəniyyət infrastrukturu tamamilə yenidən qurulub. Məhəllədaxili ərazilərdə də xeyli abadlıq-quruculuq işləri görülüb. Bununla yanaşı, bir çox məhəllələrin yenidən qurulmasına da ehtiyac var: “Prezident İlham Əliyevin əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə “Sağlam məhəllə” layihəsi çərçivəsində 25 şəhər və rayonda açıq meydançaların tikintisi və avadanlıqla təchizatı üçün vəsait ayrılması barədə sərəncamı əhalinin rifahı üçün atılan mühüm addımdır. Bu sərəncam əhalinin sağlam həyat tərzinin təmin edilməsinə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə mühüm töhfə olacaq. Sumqayıt şəhərində də bir çox məhəllələrin yenidən qurulmasına ehtiyac var. Dövlət başçısının bu sərəncamı məhz bu ehtiyacların ödənilməsinə və şəhərimizin daha da abadlaşdırılmasına imkan verəcək.”

Tahir Mirkişili əlavə edib ki, Sumqayıtda açıq meydançaların tikintisi və avadanlıqla təchizatı gənclərin və bütün şəhər sakinlərinin sağlam həyat tərzinə yönəlmiş addımların davamıdır. “Biz bu sərəncamı yüksək qiymətləndirir və dəstəkləyirik. İnanırıq ki, Sumqayıt sakinləri də bu layihədən faydalanaraq, sağlam və aktiv həyat tərzinə yönəlmiş addımlar atacaqlar.”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər