Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulunu keçirdi

541

Bu gün Milli Məclisin deputatı Tahir Mirkişili Sumqayıt şəhərində növbəti vətəndaş qəbulunu keçirib. Görüşdə Sumqayıt sakinləri deputata onları narahat edən məsələlərlə bağlı təkliflərini və müraciətlərini ediblər.

Tahir Mirkişili hər bir vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.

Deputat vurğulayıb ki, vətəndaşların rifahı və problemlərinin həlli hər zaman diqqət mərkəzindədir və bu istiqamətdə lazımi tədbirlər görüləcəkdir.

Görüşdə bəzi müraciətlərin operativ həlli üçün müvafiq qurumlarla dərhal əlaqə saxlanılıb və mümkün həll yolları müzakirə olunub. Deputat bir çox məsələlərin qanunvericilik çərçivəsində həll olunacağını, bəzi problemlərin isə dövlət proqramları və şəhərin inkişaf layihələri çərçivəsində nəzərə alınacağını qeyd edib.

Qəbulda iştirak edən vətəndaşlar problemlərinin dinlənilməsindən və göstərilən diqqətdən məmnun qaldıqlarını ifadə ediblər. Onlar dövlət tərəfindən aparılan islahatların, sosial proqramların və şəhərin inkişafı ilə bağlı həyata keçirilən layihələrin onların gündəlik həyatına müsbət təsir etdiyini bildiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər