43 saylı Sumqayıt 2-ci seçki dairəsindən lider namizəd Tahir Mirkişili sumqayıtlılara müraciət edib. Sumqayitxeber.com müraciəti təqdim edir:
“Əziz Sumqayıtlılar!
Tarixdə ilk dəfə olaraq Azərbaycanın bütöv ərazisində baş tutan Milli Məclisə növbədənkənar seçkilərdə MSK-nın son nəticələrinə əsasən 43 saylı Sumqayıt 2-ci seçki dairəsində 68.9% səslə (10 500 səslə) lider namizəd olduq.
Bu tarixi seçkilərdə iştirak edən, vətəndaşlıq borcunu yerinə yetirən bütün seçicilərə təşəkkür edirəm! Bizə səs verən və qələbimizi təmin edən bütün seçicilərə isə xüsusi minnətdarlığımı bildirirəm!
Təbliğat-təşviqat zamanı səy göstərən vəkillərimizə, YAP üzvlərinə, seçki günü qanun pozuntuları etməyə cəhd edən tərəflərlə mübarizə aparan, seçkinin ədalətli keçməsinə nail olan müşahidəçilərimizə, bizə sidq-ürəkdən dəstək olan bütün tərəfdarlarımıza-dostlarımıza minnətdarlıq edirəm!
Yekun təsdiqdən sonra Sumqayıtın daha da inkişafı, sumqayıtlıların rifahının daha da yaxşılaşması, ölkəmizin beynəlxalq platformalarda maraqlarının daha güclü müdafiəsi, qanunvericilik sahəsində daha aktiv fəaliyyət göstərmək üçün səy göstərməyə davam edəcəyik!
Çalışacağıq ki, zəhmətkeş və vətənpərvər sumqayıtlılar Milli Məclisdə layiqincə təmisil olunsunlar!”
Müzakirə qapadılmışdır.