Tahir Mirkişili yüksək bal toplayan abituriyentləri təbrik etdi – FOTO

381

“Nar” 2023-2024-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən ilk on abituriyenti xüsusi hədiyyələrlə təltif edib. Bu layihə çərçivəsində tələbə adını qazananlara operatordan qızıl nömrə, 700 AZN balans və müasir smartfonlar hədiyyə edilib.

Mükafatlandırma mərasimində tanınmış dövlət, ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak edərək, ilin ən uğurlu abituriyentlərini təbrik ediblər.

Tədbirdə iştirak edən Tahir Mirkişili Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərən ilk 10 abituriyentin təltif etmə mərasimində iştirak edərək, onlara ölkəmiz üçün savadlı, vətənpərvər kadr olmağı arzu edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər