Tahir Mirkişili: “Zəngəzur koridorunun açılması regionda ticarəti gücləndirəcək”

622
“İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılmasında əsas məqsədlər region daxili ticarətin təşviqi, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsisir”.
Bu fikriləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsin sədri Tahir Mirkişili səsləndirib.
Tahir Mirkişili qeyd edib ki, Qarabağda aparılan anti terror tədbirləri nəticəsində regionun terrorçularıdan və qanunsuz silahlı qruplardan təmizlınməsi bu məqsədlərə çatmaq üçün yeni imkanlar yaratmışdır: “Nəqliyyat dəhlizlərinin keçdiyi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi təşkilatın güclənmlənməsinə güclü stimul verəcəkdir. Eynu zamanda artıq demək olar ki, bütün üzv ölkələrin marağına xidmət edəcək Zəngəzur koridorunun açılması isə regionda ticarəti gücləndirəcəkdir. Hesab edirəm ki, belə bir şəraitdə İƏT Nazirlər Şurasının Şuşada keçirilməsi dediyim məqsədlərə çatmaq üçün güclü iradənin olmasının bəyan edilməsidir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər