Tahir Mirkişilinin seçicilərlə növbəti görüşünü keçirib

436

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 43 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədi Tahir Mirkişili seçicilərlə növbəti görüş keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev partiyanın parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdıraraq Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən geniş bəhs edib.

Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın namizədi olaraq seçkilərdə iştirak etdiyi üçün fəxarət hissi keçirdiyini bildirən deputatlığa namizəd Tahir Mirkişili bildirib ki, partiya yarandığı vaxtdan bu günədək azərbaycançılıq ideologiyası və müstəqillik prinsipi əsasında məqsədyönlü fəaliyyət göstərməklə böyük uğurlar əldə edib. Deputatlığa namizəd YAP-ın qarşıya qoyduğu yeni  hədəflərə də nail olacağına əminliyini ifadə edib.

Namizədin vəkilləri Şakir Abışov və Əvəz Mahmudov çıxış edərək seçiciləri növbəti dəfə Yeni Azərbaycan Partiyasına etimad göstərməyə çağırıblar. “Şərəfli inkişaf yolu gələcək uğurlarımızın təminatçısıdır”, – deyə vurğulanıb.

Deputatlığa namizəd Tahir Mirkişili Şəhid Nurid Abdullayevin ailəsini ziyarət edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər