TƏBİB-in Müşahidə Şurasına Xalid Əhədov SƏDRLİK EDƏCƏK

44

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi

Müşahidə Şurasının üzvləri:

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.

Qeyd edək ki, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovdur.

X.Əhədovun dosyesini təqdim edirik:

4 fevral 1980-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2012-ci ildə İspaniyanın Instituto de Empresa (IE) biznes məktəbində Biznesin idarə edilməsi, 2019-cu ildə Böyük Britaniyanın London İqtisadiyyat Məktəbində (LSE) Dövlət inzibatçılığı üzrə magistr dərəcəsi alıb.
İngilis, rus, ispan və türk dillərini bilir.

1999-cu ildən bank sektorunda çalışmağa başlayıb. “Bank of Baku”-da (1999–2012), “Unibank”-da (2012–2016) müxtəlif rəhbər vəzifələrdə işləyib, həmçinin “Atəşgah sığorta”nın Müşahidə Şurasının üzvü, “Millikart” prosessinq mərkəzinin Direktorlar Şurasının sədri olub.
2016-cı ildə “AzərTürkBank”-ın İdarə Heyətinin sədri, 2016-cı ilin dekabrından 2018-ci ilin martına qədər ABB-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü seçilib.

2018-ci ilin 28 avqust tarixindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, 2022-ci ilin 17 noyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisidir.

Azərbaycan Respublikasının İqtisadi Şurasının, “ABB” ASC-nin, “Azərbaycan Hava Yolları” QSC-nin, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının üzvü, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının sədridir.

27 fevral 2026-cı ildə yeni yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına üzv təyin olunub.

Ailəlidir, 3 övladı var.

Qeyd edək ki, Xalid Əhədovun atası Nurəddin Əhədov Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər