Bu gün Xəzər dənizində daha bir zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 13:19-da Xəzər dənizində (Dağıstan ərazisində) zəlzələ qeydə alınıb.
Maqnitudası 3.3 olan zəlzələ ocağının dərinliyi 66 km olub.
***
Xəzər dənizində zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Mərkəzdən bildirilib ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:31-də Xəzər dənizində (Türkmənistan ilə sərhəddə) zəlzələ qeydə alınıb.
Maqnitudası 3.5 olan zəlzələ ocağının dərinliyi 63 km olub.
Müzakirə qapadılmışdır.