Təhsil müəssisələri sentyabrda da açılmayacaq?

11455

Nazirlikdən rəsmi mövqe gəldi; ekspert isə böyük fasilənin tədrisin keyfiyyətinə və qəbul imtahanlarına  təsirindən danışdı…

“Hazırkı vəziyyətdə ”bir-biri ilə bağlantısı olan məktəblər” və təhsil proqramı üçün verdiyiniz dəstək çox vacibdir, çünki sizə məlumat vermək istəyirəm ki, məktəblərimiz və universitetlərimiz koronavirusa görə martın əvvəlindən bağlanıb və tədris ilinin sonuna qədər onlar, birmənalı olaraq, açılmayacaq”.

Bu sözləri ötən həftə prezident İlham Əliyev keçirdiyi videokonfransda bildirib.

Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbi ilə bu il martın 3-dən bütün təhsil müəssisələrində dərslər dayandırılıb. Yalnız onlayn formatda dərslər davam etdirilir. Bir çox mütəxəssislər bildirir ki, koronavirusla bağlı vəziyyətdə yaxşılığa doğru ciddi dəyişiklik baş verməzsə və yaxud ikinci dalğa müşahidə olunarsa, dərslər heç sentyabrda da açılmaya bilər.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Yeni Müsavat”a bildirdi ki, prezidentin də qeyd etdiyi kimi, builki tədris ilinin sonuna qədər dərslər olmayacaq: “Bəli, bu ilin tədris ilinin sonunadək, yəni iyunun 14-dək dərslər olmayacaq. Daha doğrusu, ənənəvi dərslər davam etdirilməyəcək. Amma bildiyiniz kimi, orta ixtisas məktəblərində, eləcə də ali təhsil müəssisələrində onlayn formatda dərslər davam etdirilir”.

Cəsarət Valehov sentyabr ayında dərslərin açılıb-açılmayacağı ilə bağlı suallara da aydınlıq gətirdi: “Hazırda gələcəklə bağlı nəsə demək çətindir. Lakin sentyabr ayında dərslər başlamalıdır və başlayacağıq”.

Həmişə demişəm ki, təhsil eksperti deyiləm, bu iddiam da olmayıb ...

Təhsil ekspert Kamran Əsədov da mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “Bildiyimiz kimi, martın 3-dən bütün təhsil müəssisələrində tədris prosesi dayanıb. Bu müddət ərzində 4447 orta məktəbdə 1.5 milyon şagird, 50-dən çox ali təhsil müəssisəsində 165 min tələbə, kollec və peşə təhsili müəssisələrində 30 minə qədər təhsil alan üçün ənənəvi dərs dayanıb və bu qədər insan evdədir. Dərslərdə fasilənin yaranması daha çox 1-4-cü siniflərdə və 9-11-ci siniflərdə təhsil alan şagirdlərə mənfi təsir göstərə bilər. Belə ki, 1-4-cü siniflərdə təhsil alan şagirdlərdə oxuma, anlama, dinləmə bacarıqları yeni formalaşır və bu qədər tədrisə ara vermək onlarda müəyyən qədər unutqanlıq yarada bilər. Digər narahatlıq doğuran siniflər 9 və 11 – ci siniflərdir. Belə ki, bu siniflərdə təhsil alanları buraxılış və qəbul imtahanları gözləyir. Doğrudur, əvvəlcə aprel ayında keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarında şagirdlərin 1-ci sinifdən 11-ci sinfə qədər formalaşdırılmış səriştələrinin, bacarıqlarının yoxlanılması nəzərdə tutulur. Ölkədə tədris prosesində tətilin müddəti öncədən proqnozlaşdırılandan da çox oldu. Belə ki, 4472 orta məktəbdə təhsil alan 1.5 milyon şagird, 51 ali təhsil müəssisəsində təhsil alan 165 min tələbə azı 60 gün kənarlaşacaqlar ki, bu da kifayət qədər uzun bir müddətdir. Buna görə də həlli gözlənilən ən ciddi problem 9 və 11 ci sinif şagirdlərinin imtahanıdır”.

Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlər üçün elektron ərizə qəbuluna başladığını xatırladıb: “12 maydan etibarən ali təhsilin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu başlayıb və bu 5 iyuna qədər davam edəcək. Subbakalavrların isə ərizə qəbulu 1 iyundan başlayacaq. 6 gün ərzində 43834 abituriyent elektron ərizəsini təsdiq edib. Onlardan 39120 abituriyent I-IV ixtisas qrupu üzrə, 27337 nəfər V ixtisas qrupu üzrə, 27513 isə orta ixtisas təhsili pilləsinə qəbul olmaq üçün elektron ərizəsində seçim edib. Ən çox abituriyent hələ ki I ixtisas qrupu üzrə ərizə təqdim edib – 16613 nəfər. Ən az isə IV ixtisas qrupu üzrə abituriyent ərizə təqdim edib – 2898 nəfər. II qrup üzrə 7184, III ixtisas qrupu üzrə isə 12425 abituriyent ali təhsil almaq üçün elektron ərizə verib. I-IV ixtisas qrupundan olan abituriyentlərdən 3782 nəfər rus bölməsi üzrə elektron ərizə təqdim edib. V qrup rus bölməsi üzrə 2020 abituriyent elektron ərizəsini təsdiq edib”.

Ekspert  qeyd edib ki, uzun müddət orta məktəblərdə və hazırlıq kurslarında, repetitorluqda ənənəvi dərslərin dayanması qəbul imtahanlarının nəticəsinə təsir göstərəcək: “Çünki heç də bütün şagirdlər online dərslərə qoşula bilmədi və online dərslərin də keyfiyyəti ənənəvi dərslərlə müqayisədə aşağı idi. Bundan başqa, imtahanlarda situasiya tipli testlərdən istifadə də imtahan nəticələrinə mənfi təsirini göstərəcək. Əvvəlki illərlə müqayisədə bu il abituriyentlər sistemli şəkildə ali məktəblərə hazırlaşa bilmədilər. Digər tərəfdən, qəbul imtahanlarının keçən illə müqayisədə 1 dəfə keçirilməsi, sınaq imtahanlarının olmaması qəbul imtahanlarının nəticələrinə təsir göstərəcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər