Trampın İlham Əliyev və Paşinyanla görüşü gözlənilir

237

ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Ağ Evdə Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşü gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Washington Post” mənbələrə istinadən məlumat yayıb.

Danışıqlar sülhə nail olmaq yolunda mühüm diplomatik addım kimi qiymətləndirilir. “The Washington Post” eyni zamanda görüşdə ölkələr arasında sülh sazişinin elan oluna biləcəyini də istisna etməyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər