Daxili İşlər Nazirliyinin əməkdaşı, Tural Əliyev İtaliyanın Kaorle şəhərində keçirilən güləş üzrə U-20 Avropa Çempionatında yarışları idarə edən hakimlər arasında ölkəmizi layiqincə təmsil edir. Qeyd edək ki, Tural Əliyev I dərəcəli beynəlxalq hakimdir. O eyni zamanda sərbəst güləş üzrə əməkdar məşqçidir. Hazırda Yardımlı rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışır. Tural Əliyev 1986-cı ildə Qazax rayon Aslanbəyli kəndində dünyaya gəlib. O Zorxana Pəhləvan güləşi üzrə 3 qat Avropa Çempionu, 3 qat Dünya Kubokunun sahibi, Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarının Gümüş medalçısıdır.
Qeyd edək ki, Azərbaycanın güləş üzrə U-20 millisi iyunun 30-dan iyulun 6-dək İtaliyanın Kaorle şəhərində keçirilən Avropa çempionatında iştirak edir. Qitə birinciliyinin açılışını yunan-Roma güləşçiləri edəcək. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Turan Daşdəmirov (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Seymur Qasımov (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) xalçaya çıxacaqlar.
Daha sonra estafet qadın güləşçilərə keçəcək. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında Elvina Kərimzadə (50 kq), Gülər Həbibova (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) mübarizə aparacaqlar.
Yarışın son günlərində sərbəst güləşçilər məharətlərini göstərəcəklər. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Bəşir Verdiyev (61 kq), Hacı Kərimov (65 kq), İsmayıl Rəhimli (70 kq), Omar Gülməmmədov (74 kq), Muradxan Omarov (79 kq), Məhəmməd Abbaszadə (86 kq), Anar Cəfərli (92 kq), Rəvan Musayev (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaqlar.
Görüşlər hər gün, Bakı vaxtı ilə 12:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 20:00-da start götürəcək.
Müzakirə qapadılmışdır.