Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Sumqayıt Məhkəmə Kompleksində olub

220

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin (Yargıtay) sədr müavini Adem Albayrak və 2-ci Hüquq Dairəsinin üzvləri Sumqayıt Məhkəmə Kompleksinə baş çəkiblər.
Nümayəndə heyəti əvvəlcə Kompleksdə yaradılmış şəraitlə tanış olub, müasir infrastruktur, vətəndaşlara göstərilən hüquqi xidmətlərin təşkili və elektron məhkəmə sisteminin tətbiqi sahəsində görülən işlər barədə məlumatlandırılıb. Səfər çərçivəsində nümayəndələr arasında məhkəmə idarəçiliyi, proseslərin şəffaf təşkili, texnoloji həllərin tətbiqi və qarşılıqlı təcrübə mübadiləsi mövzusunda fikir mübadiləsi aparılıb.
Komplekslə tanışlıqdan sonra qonaqlar Sumqayıt şəhəri ilə tanış olmuş, şəhərin sosial və inzibati infrastrukturu barədə ümumi məlumat almışlar.
Tərəflər belə səfərlərin və işgüzar müzakirələrin hüquqi əməkdaşlığın dərinləşməsinə, eləcə də Azərbaycan və Türkiyə arasında möhkəm dostluq və tərəfdaşlıq münasibətlərinin daha da inkişafına töhfə verdiyini vurğulayıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər