Türkiyə mətbuatı Sumqayıtın 75 illik yubileyindən yazdı

1618

Türkiyənin “Akgazete.com.tr” xəbər saytı Sumqayıtın 75 illik yubileyinə həsr olunmuş geniş məqalə dərc edib. Məqalədə şəhərin tarixi inkişafı, iqtisadi potensialı, son illərdə aparılan modernləşdirmə və yenilikçi layihələr, həmçinin “Yaşıl Şəhər” konsepsiyası çərçivəsində həyata keçirilən ekoloji tədbirlər geniş şəkildə işıqlandırılıb.

Akgazete.com.tr” Sumqayıtın bir vaxtlar böyük bir sənaye mərkəzi kimi tanındığını, bu gün isə müasir, ekoloji təmiz və texnoloji yenilikləri qəbul edən bir şəhərə çevrildiyini vurğulayıb.

Məqalədə həmçinin Sumqayıtın yeni simvolu olan dənizkənarı bulvar və şəhərin gecə işıqlarla bəzədilmiş mənzərələrindən də bəhs edilib. Bu görüntülərin şəhər sakinləri və qonaqlar üçün xüsusi cazibə yaratdığı vurğulanıb.

Türkiyə mətbuatında belə bir məqalənin yer alması Sumqayıtın beynəlxalq arenada artan əhəmiyyətindən xəbər verir. Azərbaycanın ikinci böyük sənaye mərkəzi olan Sumqayıt gələcəkdə də həm ölkə daxilində, həm də xaricdə öz rolunu daha da gücləndirəcək.

Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə şəhərdə genişmiqyaslı tədbirlər keçirilir və bu tədbirlər çərçivəsində bir çox mədəni, iqtisadi və sosial layihələr reallaşdırılır.

Məqaləni aşağıdakı linkə daxil olaraq oxuya bilərsinbiz:

Mənbə: Akgazete.com.tr

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər