Türkiyə kapitallı “Eurotec Group” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
“Report” İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, bununla da Parkın rezidentlərinin sayı 42-yə çatıb.
Parkının 2 hektar ərazisində ildə 200 min ədəd metal çəllək istehsal etmək gücündə olan zavodun qurulması nəzərdə tutulur. İnvestisiya dəyəri 9 milyon manat olan müəssisədə 120 nəfərlik daimi iş yeri yaradılacaq.
Belçika texnologiyasından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.


Müzakirə qapadılmışdır.