Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Hümam İsmayıllı ilə Sumqayıt şəhərində vida mərasimi keçirilib.
Vida mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, mərhumun ailə üzvləri, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri iştirak edib.
Mərhum Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Türkiyənin Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-ü tarixində tapılıb.
Müzakirə qapadılmışdır.