Ucarda ağır yol qəzası – 5 ölü, 2 yaralı + Fotolar

1041

Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

sumqayitxeber.com APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı “Mercedes Vito” markalı mikroavtobusla “KamAZ” markalı yük maşını toqquşub.

vtoqəza nəticəsində 3 nəfər – Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Eyvaz İbrahim oğlu İbrahimov, Xaçmaz rayon sakini, 2002-ci il təvəllüdlü Rəcəb Ramin oğlu Mustafayev və Hürü adlı qız aldıqları ağır xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. E.İbrahimovun xəsarətləri ağır olduğundan o, xəstəxanada dünyasını dəyişib. Hürü isə Göyçay Rayon Xəstəxanasına aparılıb. Şəxsiyyətləri hələlik müəyyən edilməyən daha 4 nəfər hadisə yerində həyatını itirib.

Yol qəzasının təfərrüatları araşdırılır.






www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər