Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

844

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Abşeron Xızı Regional təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 45 nömrəli körpələr evi-uşaq bağçasında tədbir təşkil olunub.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva  iştirak edib.
Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sumqayıt Şəhər İcra Hakmiyyətinin başçısı Zakir Fərəcov tədbirin təşkilatçılarına təşəkkürlərini bildirib və balaca fidanlara uğurlar arzulayıb. Abşeron-Xızı regional təhsil idarəsinin müdiri İlhamə Abdullayeva keçirilən tədbirin əhəmiyyətindən danışıb.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli siyasətində təhsil həmişə aparıcı rol oynayıb. Təhsil sahəsində atılan addımları gələcəyə qoyulan sərmayə kimi qiymətləndirən Ulu Öndər bu sahəyə xüsusi diqqət yetirmişdir. Təhsilimizin milli zəmində formalaşması və real inkişafı Ulu Öndər Heydər Əliyevin dühası sayəsində gerçəkləşib. Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxışlardan sonra ədəbi bədii kompozisiyalar nümayiş olunub.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər