Sumqayıt Olimpiya İdman Kompleksində keçirilmiş kikboksinq üzrə Abşeron–Xızı–Sumqayıt regional birinciliyi yüksək səviyyədə təşkil olunaraq uğurla başa çatıb. Yarış, Azərbaycan Kikboksinq Federasiyası və Gənclər və İdman Nazirliyinin təqvim planına əsasən, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunub.
Turnirdə ümumilikdə yüzlərlə idmançı qüvvəsini sınayıb. Yarış idmançılar arasında sağlam rəqabət, iradə və əzmin nümayişi ilə yadda qalıb.
Yarışlı Azərbaycan Kikboksinq Federasiyasının Hakimlər Kollegiyasının üzvlərindən ibarət hakimlər idarə edib.
Qalib idmançılara Ulu Öndərin adı əks olunan kubok, medal və fəxri diplomlar təqdim edilib.
Müzakirə qapadılmışdır.