Ulu Öndərimiz, əzəli və əbədi Liderimiz

721

Azərbaycan xalqının 3 oktyabr 1993-cü ildə etdiyi müdrik seçim bütün gələcək taleyimizi müəyyən etmiş oldu. Həmin tarixdə keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində xalqımız özünün əzəli və əbədi Liderini -Ulu Öndər Heydər Əliyevi yekdilliklə dəstəklədi. Bu seçim tarixi bir seçim idi və xalqımızın bütün gələcək taleyinə öz həlledici təsirini göstərdi. 15 iyun 1993-cü ildə Qurtuluşla başlanmış yol 3 oktyabr 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə tamamlandı.

Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə müdrik və uzaqgörən rəhbərliyi sayəsində Azərbaycan Respublikası bir çox çətinlikləri geridə qoydu. Azərbaycan Respublikasında möhkəm siyasi sabitlik formalaşdı. Dövlətimiz davamlı inkişaf yolunda əmin və qətiyyətli addımlar atdı. Ulu Öndər Azərbaycanı tam müstəqil bir dövlət kimi yaşatmaq, inkişaf etdirmək, iqtisadi cəhətdən inkişaf etmiş güclü bir dövlətə çevirmək, demokratiya yolu ilə irəlilətmək, ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarını təmin etməkdən ötrü çox nəhəng işlər gördü. Ulu Öndərin yorulmaz fəaliyyəti sayəsində ölkəmizdə qanunun aliliyi, insanların hüquq bərabərliyi təmin olundu, Azərbaycanın dünya birliyində nüfuzu daha da artdı.

Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, Azərbaycan sülhpərvər ölkədir. Biz dünyada sülh istəyirik, Qafqazda sülh istəyirik, bölgəmizdə sülh istəyirik, ölkəmizdə sülh istəyirik və buna nail olmağa çalışırıq. Sülh, əmin-amanlıq üçün ölkədə sülh lazımdır, bölgədə sülh lazımdır, cahanda sülh lazımdır.

Ümummilli Liderimiz azərbaycançılığı müstəqil Azərbaycan dövlətinin əsas ideologiyası olaraq müəyyənləşdirdi. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər – bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin sayəsində “Azərbaycançılıq” əsas və aparıcı milli ideologiyamıza çevrildi. Çünki bu Ulu Öndər Heydər Əliyevin zərgər dəqiqliyi ilə müəyyənləşdirdiyi kursdur.

Ulu Öndərin hakimiyyətə gəldiyi 1993-cü ildən başlayaraq ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu baxımından önəmli addımlar atılmağa başladı. Ulu Öndərin özünün də qeyd etdiyi kimi demokratik, hüquqi, dünyəvi ifadələri bizim dövlət quruculuğumuzun əsas mənasını, məzmununu, əsas prinsiplərini təşkil edir. Bu sözlərin üçü də – demokratiya da, hüquq da, dünyəvilik də insan haqlarından irəliyə gedən sözlərdir. Azərbaycan özünün strateji yolunu Ulu Öndərin hakimiyyətə gəldiyi 1993-cü ildən qəti olaraq müəyyənləşdirmişdir və hal-hazırki dövrdə də ölkəmiz Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə bu yolda qətiyyətlə addımlamaqdadır.

Ulu Öndər Heydər Əliyev ölkəmizin və vətənimizin gələcəyinə həmişə böyük nikbinliklə baxır və bildirirdi ki, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Ulu Öndərin ideyalarına daim sadiq qalan ölkəmiz böyük uğurlar qazanmaqda və parlaq Zəfərlərini sıralamaqdadır.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər