Ümumilli Lider Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan mədəniyyəti intibah dövrünü yaşadı

1037

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi xarakterizə edən əsas, xüsusiyyətlər sırasında mükəmməl dövlətçilik idealı və səriştəsi, xalqa, dövlətə bağlılıqla yanaşı, həm də görkəmli Azərbaycan ziyalıları və incəsənət xadimlərinə ayırdığı diqqət və qayğısıdır.Ulu Öndər istər Sovet dönəmində, istərsə də müstəqilliyimiz bərpa olunduqdan sonra ölkəmizin tanınmış şəxsiyyətlərinin fəaliyyətini və əməyini yüksək qiymətləndirmişdir.O, çıxışlarının birində :”Biz Nizamidən, Fizulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi dünya mədəniyyətinə, elminə böyük töhvələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq” demişdir.
Ulu ÖndərHeydər Əliyev bütün fəaliyyəti dövründə respublikamızın iqtisadi bazasının gücləndirilməsi ilə yanaşı, elmin, təhsilin və mədəniyyətin tərəqqisinə böyük yol açdı. Heydər Əliyev hakimiyyətinin birinci dövründə Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Rüstəm, Rəsul Rza və digərləri Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər.
Bu bir həqiqətdir ki, Ümummilli Liderimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycan mədəniyyəti özünün intiba dövrünü yaşamağa başladı. Böyük Liderin öncə sənətə və sənətkara dərin hörmət və ehtiramla yanaşması idi. Mədəniyyətimizin inkişafı naminə imzaladığı fərman və sərəncamlar irəliyə doğru atılan böyük bir addım, nailiyyət kimi tarixə düşmüşdür.
Məhəmməd Füzulinin 500, İmadəddin Nəsiminin 600, Nizami Gəncəvinin 840, ”Kitabi Dədə Qorqud” dastanlarının 1300 illik yubileylərinin beynəlxalq aləmdə təntənəli surətdə keçirilməsi dahi şəxsiyyətin fədakar əməyi nəticəsində həyata vəsiqə almışdır.
Heydər Əliyevin böyük tarixi xidmətlərindən biri də dahi Azərbaycan dramaturqu və şairi Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi, doğma yurdu Naxçıvanda dəfn olunması, Naxçıvanda Cavid ev muzeyinin açılması milli – mənəvi dəyərlərimizə, görkəmli şəxsiyyətlərə göstərilən qayğının sonsuz təzahürüdür.
Məlum həqiqətdir ki, Yaxın Şərqdə opera yazmaq Üzeyir bəy Hacıbəyliyə nəsib olmuşdur. Ulu Öndər Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi təntənəsində demişdir: “Əgər nəzərə alsaq ki, əsrimizin əvvəllərində xalqımızın əksəriyyəti savadsız idi, kitab oxuya bilmirdi, və kitablar çox az idi, kino, televiziya və başqa vasitələr də yox idi, təsəvvür edin Üzeyir Hacıbəyli öz operası vasitəsi ilə Məhəmməd Füzulinin sözlərini, ”Arşın mal alan”, ”O olmasın, bu olsun” opera və operettaları vasitəsilə istədiyi fikri insanlara çatdırmaqla xalqımızın mənəvi və mədəni inkişafinda nə qədər böyük xidmətlər göstəribdir.”
Ulu Öndər Heydər Əliyevin Azərbaycanın görkəmlli şəxsiyyətlərindən olan Müslüm Maqomayevə, onun ifasına verdiyi böyük dəyəri sizlərin diqqətinə çatdırmaq istərdim. Bəstəkar – müğənni Müslüm Maqomayevin böyük öndərə ithav etdiyi “Azərbaycan” (sözləri Nəbi Xəzrinindir) mahnısını dinlədikdən sonra sonsuz sevgi və həyəcanla demişdir: “Mən bu mahnını çox sevirəm, o məni həyəcanlandırır, cünki mahnıda deyilir ki, Azərbaycan həqiqətən həyatımın mənasıdır.”
Səməd Vurğunun 90, Rəsul Rzanın 90, Cəlil Məmmədquluzadənin 125, Hüseyn Cavidin 100, 120, Cəfər Cabbarlının 100 illik yubileylərinin keçirilməsi və adlarının əbədiləşdirilməsi Heydər Əliyev dühasının görkəmli şəxsiyyətlərə verdiyi yüksək qiymətin təzahürüdür.

Sevinc Əmirova,
Sumqayıt Şəhərinin Tarixi Muzeyinin Kütləvi ekspozisiya şöbəsinin müdiri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər