Diş cürüyünə başlıca səbəb olan, diş ərplərini təmizləmək ücün florurlu diş məcunuyla gündə 2 dəfə dişlərini fırçalamalıdılar. Diş məcunları uşaqların zövgünə uyğun müxtəlif meyvə dadlı seçilərək onlarda daha çox maraq yaratmalısınız. Diş məcunu lobya böyüklüyündə istifadə olunmalıdır. Uşaqlarınızın diş məcununun udmamasına diqqət edin. İki yaşına qədər uşaqların diş məcunundan istifadə etməsi məsləhət deyil. Yumşaq diş fırçası ilə diş səthlərini irəli geri hərəkət etdirərək təmizləməli, eyni zamanda dil səthini də fırçalamalıdırlar.
Uşaqlarda dişləri kariyesdən qorumaq üçün diş həkiminə apararaq fissur örtücüdən yararlana bilərsiniz. Düzgün diş formalaşması üçün uşaqların vaxtında qidalanmalarına riayət edilməlidir. Bütün vitamin , mineral, kalsium, fosfor və uyğun miqdarda florur tərkibli qidalara üstünlük verilməli, şəkərli, duzlu qidalardan uzaq tutulmalıdır.
Müzakirə qapadılmışdır.