Sumqayıt şəhərində “Uşaq hüquqları aylığı” çərçivəsində autizm və digər inkişaf məhdudiyyətli uşaqlar üçün xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunub. Tədbir Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığ ilə gerçəkləşib.
Tədbirdə İcra Hakimiyyəti başçısının müavini,Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Ülviyyə Müzəffərova çıxış edərək uşaqlara göstərilən dövlət qayğısından, onların cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərdən danışıb. O qeyd edib ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil alması, sosiallaşması və istedadlarının inkişafı üçün bütün zəruri şəraiti yaratmağa çalışır: “Bu uşaqlar bizim cəmiyyətimizin ayrılmaz hissəsidir. Onlara diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur. Uşaqların sağlam böyüməsi, özlərini dəyərli hiss etməsi üçün hər zaman onların yanındayıq” deyə Ülviyyə Müzəffərova qeyd edib.
Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva və Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbin direktoru Arzu Alızadə Sumqayıtda xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən münasibətin, həyata keçirilən layihə və sosial proqramların vacibliyini vurğulayıblar.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub, onlar üçün musiqili-əyləncəli proqram təşkil edilib. Şənlikdə balacaların sevinci və valideynlərin minnətdarlığı duyulub.







Müzakirə qapadılmışdır.