Vəkil Emil Mirzəyev bəraət qazandı

537

Vəkil Emil Mirzəyev məhkəmədə növbəti uğuruna imza atıb. O, 1 ilə yaxın həbsdə olan və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxsə bəraət qazandırıb. Bu işdə Emil Mirzəyev təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edərək ədalətin bərqərar olmasına nail olub.

Eyni zamanda işin istintaqını aparmış müstəntiq və əməliyyatçılar barəsində məhkəmə xüsusi qərar çıxarıb. Bu addım Emil Mirzəyevin səyləri nəticəsində mümkün olub və bu qərar ölkənin hüquq sistemində əhəmiyyətli bir nümunə kimi qiymətləndirilir.

Vəkilin sözlərinə görə, bəraət almaq onun üçün yalnız hüquqi qələbə deyil, həm də ədalətin təntənəsidir. “Bəraət – bu idi məni döyüşdən döyüşə aparan,” – deyə Emil Mirzəyev bu uğurunu ifadə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər