Vəkil Emil Mirzəyevin daha bir uğuru: ikinci bəraət qərarı

577

Vəkil Emil Mirzəyev yenidən məhkəmədə əhəmiyyətli bir uğura imza atıb. Bu dəfə Emil Mirzəyev təqsirləndirilən şəxsin qardaşı üçün bəraət əldə etməyə nail olub. 10 gün öncə ilk bəraət qərarını qazanan vəkil qısa zamanda ikinci bəraət qərarını əldə edərək ölkənin hüquq sistemində diqqət çəkən bir nailiyyətə imza atıb.

Bəraət qazanan şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən və iki ilə yaxın həbsdə olan şəxsin qardaşıdır. Bu ikinci məhkəmə prosesində də vəkil Emil Mirzəyev təqsirləndirilən şəxsin hüquqlarını uğurla müdafiə edərək ədalətin bərqərar olmasına nail olub.

Bu işdə də istintaqı aparmış müstəntiq və əməliyyatçılar barəsində məhkəmə xüsusi qərar çıxarıb.

Vəkil Emil Mirzəyev bu uğurunu belə ifadə edib: “Ədalətin bərpa olunması mənim üçün ən böyük qələbədir. Hər iki qardaş üçün bəraət qərarı əldə etmək mənim üçün həm peşə, həm də mənəvi zəfərdir.”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər