Vəkillərə “Peşəkar vəkil taktikası: praktik bacarıqlar” mövzusunda təlim keçirilib

131

 

2026-cı il fevralın 14-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Peşəkar vəkil taktikası: praktik bacarıqlar” mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məsələlərə toxunub. Həmçinin Vəkillər Kollegiyası üzvlərinin ümumrespublika konfransında müzakirəyə çıxarılaraq qəbul edilmiş vəkillərin il ərzində iştirak etməli olduğu icbari tədris tədbirlərinin minimal saatı ilə bağlı məsələlər barədə məlumat verilib.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı iş üzrə risklərin qiymətləndirilməsi strategiyaları, prosessual taktika, hüquqi planlaşdırma, müdafiə mövqeyinin formalaşdırılması üsulları, o cümlədən sübutların təhlili, müdafiə strategiyasının qurulması və digər əlaqəli məsələlər üzrə ətraflı çıxış edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər