Vektor aparatı ilə diş əti müalicəsinə dair materialı “AQS dental center”in həkim-stomatoloqu Şəkər Nüsrətova təqdim edir.
Müasir stomatologiyanın inkişaf etdiyi dövrdə diş əti xəstəlikləri, həm tez, həm də effektiv müalicə olunur. Bu müalicə üsüllarından biri də vektordur. Vektor aparatı kiçik aparatdır.
İş prinsipi- iş əti ciblərinə hidroksi apatit yeridərək sümükləşmə prosesini sürətləndirir.
Proses tam ağrısızdır. Hətta anesteziya etməyə belə ehtiyac yoxdur.
Bu müalicə üsulu əsasən paradontitlərdə və kəskin mərhələli qinqivitlərdə tətbiq olunur və çox yaxşı nəticə əldə olunur.
Misal:Bu xəstəmizdə I dərəcəli paradontit var. Yəni iltihab, həm diş əti, həm də sümük toxumasına yayılır. Bu zaman iltihablaşmış diş əti cibləri vektorla işlənərək hidroksi apatit – yəni kalsium diş əti ilə diş arasındakı məsafələrə yeridilir. Və kalsi deposu yaradır. İltihab hüceyrələri məhv olaraq sümükləşmə diş ətinin bərkiməsi sürətlənir.
Sadəcə unutmamalıyıq ki, diş əti müalicəsinin hər hansı üsulunu seçməzdən öncə ağız boşluğu diş daşı və diş ərpindən tam təmizlənməlidir. Yalnız bundan sonra aparılan müalicə uğurlu olur.
İnsanların vaxt məhdudiyyəti olan dövrdə “AQS dental center” olaraq sizə həm sürətli, həm də effektiv müalicə üsullari təklif edirik – sağlam və gözəl gülüşünüz üçün!
Müzakirə qapadılmışdır.