Virtual həyatda intihar etmək istəyənlər üçün proqram hazırlanıb

1055

Özünə qəsd etmək üçün veb 2 maşını insanlara virtual həyatla tez, gözəl və həmişəlik vidalaşmağı təklif edir

Niderlandın “Özünə qəsd etmək üçün veb 2 maşını” insanlara virtual həyatla tez, gözəl və həmişəlik vidalaşmağı təklif edir. Proqram əsasən adi məktubları oxumaqdan və yad insanların təkliflərini rədd etməkdən təngə gəlmiş sosial şəbəkələrin istifadəçiləri üçün nəzərdə tutulub. Virtual qəsdi həyata keçirmək çox asandır. Bunun üçün sadəcə olaraq sosial şəbəkəni seçmək ora öz loqinini və parolunu daxil etmək lazımdır. Daha sonra isə siz ölüm maşınının işini izləyirsiz. Əvvəlcə sizin məktublarınız, sonra şəkilləriniz, daha sonra növbə ilə dostlarınız silinir və bütün bu əməliyyatlar üçün cəmi bir neçə dəqiqə tələb olunur. Sui-qəsd saytını yaradanlar əmin edirlər ki, bütün məlumatlar sadəcə olaraq gizlədilməyəcək, onlar sosial şəbəkələrin serverlərindən pozulacaq. Yəni məlumatları bərpa etmək heç vaxt mümkün olmayacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Bahar
    Yanvar 22, 2010 - 18:35

    Qulaq gunde bir soz esitmese kar olar.Virtual aleme giren inanmiram ki uzaqlasa bile.Intihar eden az olacaq mence-))))Amma sadece meulamtlari deyil ee ele eleyerdiler ki ,intihar masini ise dusende butun kompyuteri mehv ederdi.Komp acilmazdi umumiyyetle.Hele teze komp alinsa bele internete qosulmaq mumkun olmazdi.heee buna deyerem intihar..onda 100 % o adam real heyatda da intihar edecekdi.Nece qeddarcasian yazdim ee
    Intihar gunahdi.Her derdin dermani var.Intihar etmek seeblerden qurtulmaq deyil.Acizlikdir.

Bahar üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər