TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Sumqayıt Tibb Mərkəzinin həkimlərini təltif edib.
Sumqayitxeber.com xəbər verir ki, TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Xəstəxanasının Əməliyyatxana bölməsinin müdiri, tibb elmləri doktoru Rəfiəli Novruzov, Perinatal Mərkəzin həkim-neanotoloqu Afaq Piriyeva və 4 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-pediatr Aybəniz Əmiraslanova TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov tərəfindən səhiyyə sahəsində uzunmüddətli və səmərəli xidmətlərinə görə Təşəkkürnamə ilə təltif ediliblər.
Təşəkkürnamələri Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov təqdim edib. E.Azadxanov həkimləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Müzakirə qapadılmışdır.