Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilənlər sırasında sumqayıtlı tanınmış jurnalist Vusal Mətləb də var.
Vüsal Mətləb Bakı Dövlət Universitetində Nəşriyyat işi və redaktəetmə ixtisası üzrə bakalavr və magistr təhsili alıb, 2005-2015-ci illərdə “168 saat” qəzetində müxbir, redaktor və baş redaktor vəzifələrində, Azərbaycan Televiziyasında redaktor, müxtəlif qurumlarda mətbuat katibi işləyib, hazırda isə AzTV-də “Sözümüz imzamızdır” verilişinin ssenari müəllifi və aparıcısıdır.
Qeyd edək ki, 2025-ci ilin 21 iyul tarixində Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.


Müzakirə qapadılmışdır.