Sumqayıt şəhərinin Xəzər bağları yaşayış massivində qaz xəttində aşkarlanan nasazlıqların aradan qaldırılması məqsədilə təmir işlərinə başlanılır.
76 mm diametrli qaz xəttində aparılacaq bərpa tədbirləri ilə əlaqədar bu gün saat 12:00-dan etibarən ərazidə yerləşən 1000 abonentin qaz təminatı müvəqqəti məhdudlaşdırılacaq.
Məlumata görə, işlər yekunlaşdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.


Müzakirə qapadılmışdır.