Xəzərin Sumqayıt sahilində təmizlik aksiyası keçirilib – FOTO

457

Xəzər dənizinin Sumqayıt sahilində genişmiqyaslı təmizlik aksiyası təşkil olunub. Aksiya Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Bələfiyyəsi,  Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və “SOCAR”-ın birgə təşkilatçılığı ilə həyata keçirilib.

Aksiya Xəzər dənizinin sahilyanı ərazilərinin tullantılardan təmizlənməsini əhatə edib. Təmizlik işlərinə ASAN Könüllüləri, müxtəlif qurumların əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri də qoşulublar.

Aksiya iştirakçıları sahilyanı zonada toplanmış tullantıların çeşidlənməsini həyata keçirib, daha sonra şəhərin təmizlik departamentinin nümayəndələrinə təhvil veriblər.

Təşkilatçılar bildiriblər ki, bu cür aksiyalar təkcə ətraf mühitin qorunmasına yox, həm də insanların ekoloji mədəniyyətinin formalaşmasına mühüm töhfə verir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər