Xəbər verdiyimiz kimi ötən il sentyabrın 15-dən Xırdalan-Sumqayıt xətti üzrə qatarla sərnişin daşımaları müvəqqəti olaraq dayandırılıb. Bu, Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mövcud dəmir yolu xəttinin altından yeni avtomobil tunelinin inşası ilə bağlıdır.
Bəs, Xırdalan-Sumqayıt dəmir yolu xətti nə zaman açılacaq?
Bununla bağlı Azərbaycan Dəmir Yolları QSC-yə sorğu göndərdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, hazırda tunelin tikintisi davam etdirilir:
“Tunelin tikintisi tamamlandıqdan sonra Xırdalan-Sumqayıt xətti üzrə qatarla sərnişin daşımaları tam bərpa olunacaq və sərnişinlər ənənəvi olaraq bu istiqamətdə qatarla təhlükəsiz və rahat səfər edəcəklər”.
Qeyd edək ki, avtomobil tunelinin tikintisi Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş 2025–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir və paytaxtın və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə xidmət edir.


Müzakirə qapadılmışdır.