YAP xalqın iradəsini əks etdirən aparıcı siyasi qüvvədir

654

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 44 saylı Sumqayıt üçüncü seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyevanın Sumqayıtda seçicilərlə görüşü keçirilib.

Görüşdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını bildirib. O, YAP-ın ümumxalq partiyası kimi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini söyləyib.

Deputatlığa namizəd Mehriban Vəliyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək qeyd edib ki, platformada mühüm məqamlar – uğurlarla yanaşı, ölkəmizin perspektiv inkişafı ilə əlaqədar yeni hədəflər öz əksini tapıb. Deputatlığa namizəd ölkəmizin daha da güclənməsi naminə seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və layiqli namizədlərə səs verməyə çağırıb.

Tədbirdə, şəhid atası Sovet Şükürov, Vətən Müharibəsi qazisi Pərvin Abdullayev və digərləri çıxış ediblər. Onlar ölkəmizin hərtərəfli inkişafında YAP-ın müstəsna rolunu qeyd edərək parlament seçkilərinin önəmini vurğulayıblar. “YAP xalqın iradəsini əks etdirən aparıcı siyasi qüvvədir”, – deyə vurğulanıb.

Çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki,  Mehriban Vəliyeva antiterror tədbirləri zamanı şəhid olan polis əməkdaşı Ramil Şirinovun ailəsini də ziyarət edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər