Ötən gün Milli Məclisdə “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan sənəddə Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərində bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq dəyişikliklər nəzərdə tutulub. Dəyişikliklərə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisində 1213 hektar torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2223,67 hektar torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.
Müzakirə qapadılmışdır.