Yol polisinin evakuatorları ilə bağlı UNİKAL TƏKLİF: Ləğv edilsin

1196

“Evakuasiyaya görə alınan ayrıca haqqı ləğv etmək lazımdır”.

Publika.az xəbər verir ki, bu sözləri “Digesta” hüquq firmasının direktoru, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov dilə gətirib.

O qeyd edib ki, dayanma və durama qaydalarını pozan avtomobillərin evakusiyası, xüsusən də, evakuasiya üçün alınan pulların ödənilməsi qaydası, məbləği, kimin cibinə getməsi məsələsi yeni söhbət olmasa da, aktualdır:

“Təklif edərdim ki, evakuasiyaya görə ayrıca ödənişi ləğv edilsin. Yalnız dayanma və durma qaydasını pozmaya görə cərimə qalsın. Evakuator avtomobillərinin istismarı xərcləri də məhz həmin cərimələr hesabına yığılan pullardan ödənilsin”.

Ekspert bildirib ki, bunun tətbiq edilməsi ən azı iki mühüm problemi həll edəcək:

“Birincisi, bu, parklanma qaydalarını pozan sürücülərə münasibətdə ədaləti təmin edəcək. Təsəvvür edin ki, iki maşın eyni yerdə eyni qaydada qanunsuz parklanıb və hər ikisi evakuasiya olunmalıdır. Bir evakuator gəlir, onlardan birini aparır, ikincisini isə sürücü özü gəlib sürüb gedir. Eyni qayda pozuntusu olsa da, birinci sürücü 40 manat pul (20 manat cərimə, 20 manat evakuasiya haqqı), həm də xeyli vaxt və əsəb itirir. İkinci sürücü isə uzağı 20 manat cərimə olunur, bəzən hətta cərimə də olunmur. Bu ədalətsizlikdir.
İkincisi, evakuasiya üçün alınan pulun harada, kimə, hansı üsulla ödənilməsi söhbəti birdəfəlik ləğv olunar, sürücü bilər ki, evakusiya olsa da, olmasa da konkret cəriməsini ödəyəcək. Evakuasiya üçün ayrıca ödəniş ləğv edilsə, bu işə cəlb edilənlər həm də daha qanuanauyğun fəaliyyət göstərərlər. Nəzərə alaq ki, dünyanın bəzi ölkələrində bu təcrübə var və çox səmərəlidir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər