Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 10-cu mikrorayon ərazisində yerləşən 28 nömrəli tam orta məktəbdə olub. Burada məktəbin pedaqoji kollektivi ilə görüşən şəhər rəhbəri təhsil ocağının fəaliyyəti ilə yaxından tanış olub, şagirdlərin dərsə davamiyyəti və təlim-tərbiyə prosesi ilə maraqlanıb.
Görüş zamanı qeyd edilib ki, aparılan statistik təhlillər son illər Sumqayıt təhsilində bütün göstəricilər üzrə müsbət dinamikanı, davamlı inkişafı göstərir. Bu uğurlar müəllimlərin zəhməti, şagirdlərin səyi və dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsidir.
Zakir Fərəcov məktəb kollektivinə göstəricilərin daha da yaxşılaşdırılması ilə bağlı tövsiyələrini verib, şəhərdə həyata keçirilmiş layihələr və qarşıda duran vəzifələr barədə geniş məlumat təqdim edib. O, həmçinin məktəbin abituriyentləri ilə görüşərək onlara imtahanlarda uğurlar arzulayıb, təhsilin həyatdakı uğurların təməlini təşkil etdiyini vurğulayıb.
Görüş zamanı müəllim və şagirdlər də öz təkliflərini və fikir mübadilələrini şəhər rəhbərliyi ilə bölüşüblər.
Müzakirə qapadılmışdır.